Qadin.NET / Putin ikinci dəfə evləndiyini gizlədir?

Putin ikinci dəfə evləndiyini gizlədir?

 

Putin ikinci dəfə evləndiyini gizlədir?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinlə gimnast Alina Kabayevanın evlənməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərləri təkzib edib. 
ANS PRESS Rusiyanın "Dojd" telekanalına istinadən bildirir ki, Peskov bu xəbəri "şənbə internet məşqi" adlandırıb. 
Daha öncə sosial şəbəkədə yayılmışdı ki, Putin və Kabayeva sentyabrın 21-də Valdaydakı İver monastırnda kəbin kəsdirəcək. 
"Mənə bildiriblər ki, Putinlə Kabayeva bu gün iver monastırında kəbin kəsdirirlər. Bütün Valday mühasirədədir", - deyə Twitter @akaloy akkauntunun sahibi, vəkili Kaloy Axilqov bildirir. 
Bu ilin iyun ayında isə Vladimir Putin arvadı Lüdmila Putinlə 30 illik nikahının başa çatdığını bildirmişdi. 

 Mənbə

ANS PRESS

22 sentyabr 2013
GO BACK