Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-22°, gündüz 24-28° isti, Bakıda gecə 19-21°, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət 65-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.
Temperatur gecə 13-18°, gündüz 24-29° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 8-13°, gündüz 15-20° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacağı ehtimalı var.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz saatlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 17-22°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.
Temperatur gecə 19-22°, gündüz 24-29° isti, dağlarda gecə 13-18°, gündüz 20-24° isti olacaq.
Mənbə: Milli.Az