Qadin.NET / Əsl fədakarlıq bax, budur...

Əsl fədakarlıq bax, budur...

 

Əsgər, ən yaxşı dostunun bir az irəlidə qanlar içində uzandığını gördü. Başını bir saniyə belə sipərdən çıxara bilməyəcək dərəcədə güllə yağmuru var idi. Əsgər komandirinə yaxınlaşıb soruşdu:
- Qaçıb dostumu götürüb gələ bilərəm?
Komandir heyrət içində səsini yüksəltdi:
- Dəlisən sən? Dostun, bəlkə də, ölüb artıq. Həyatını təhlükəyə atma. Getməyə dəyməz.
Gənc əsgər israr etdikdə komandir:
- Yaxşı, get onda...
Əsgər o qorxunc atəş yağışının altında dostuna çatdı. Onu belinə aldı və qaça-qaça geri döndü. Birlikdə sipərin içinə yuvarlandılar. Komandir qanlar içində olan əsgəri müayinə etdi. Sonra onu gətirən dostuna baxdı:
- Sənə demişdim axı dəyməz. O, artıq ölüb...
Əsgər göz yaşlarına boğulmuş halda dedi:
- Dəydi yenə də, komandirim, dəydi...
- O, ölüb, görmürsən?
- Yenə də dəydi. Mən onun yanına çatanda o, hələ ölməmişdi. Onun son sözlərini eşitmək dünyaya dəyərdi, həyatıma dəyərdi.
Və hıçqıraraq dostunun son sözlərini təkrarladı:
- Gələcəyini bilirdim.... - dostu demişdi...
Bəzən nəticə şərt olmaya bilər, amma əsl fədakarlıq bax, budur...
Mənbə: Milli.Az
22 sentyabr 2013
GO BACK