Qadin.NET / Ticarət mərkəzinə hücum: 15 ölü

Ticarət mərkəzinə hücum: 15 ölü

 

Bu gün günorta saatlarında Keniyanın paytaxtı Nayrobidə bir ticarət mərkəzinə hücum olub.

Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, şahidlər ticarət mərkəzinə hücum edənlərin müsəlmanların çölə çıxmasına imkan verib, qeyri-müsəlmanlara atəş açdığını deyiblər.

Ən azı 15 nəfər həyatını itirib. Ticarət mərkəzində 7 nəfərin girov götürüldüyü ehtimal olunur. Təhlükəsizlik qüvvələri ticarət mərkəzini əhatəyə alıb. Hücumun "Əl-Qaidə" terror təşkilatına bağlı "El Şabaab" qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

Mənbə: Lent.az

21 sentyabr 2013
GO BACK