Afrikada çəkilən bu fotolar görənləri dəhşətə salır.
Publika.Az-ın məlumatına görə, Daily Mail qəzeti fotoları yayarkən qeyd edib: “Bu fotoları yaydığımız üçün sizdən üzr istəyirik. Amma Zimbabvedəki vəziyyəti və insanların çəkdiyi aclığı hər hansı siyasətçidən daha yaxşı izah edirlər”.
Fotoqraf David Çansellor 6 tonluq filin 1 saat 47 dəqiqədə yeyilməsini görüntüləyib. Təbii yolla ölmüş fili görən kəndlilər 6 tonluq fili parçalamağa başlayıblar. Filin ətlərini paylaşarkən hətta tez-tez dava da olub. 6 tonluq fil 1 saat 47 dəqiqədə bitib. 70 yaşlı heyvanın torpaq üstündəki sümüklərini belə ət suyu üçün aparıblar. Bir müddət sonra isə filin öldüyü yerdə qan izindən başqa heç nə olmayıb.
Mənbə: Publika.Az
.