Kanadanın Alberta vilayətində yaşayan Daq və Bleyk Loutslar supermarketdən alış-veriş edərək evə qayıdandan sonra aldıqları Coca-Cola şüşələrindən birini açaraq içkini içmək istəyiblər.
Lakin onlar şoka düşüblər.
Milli.Az The Huffington Post-a istinadən bildirir ki, şüşənin qapağının altında "You Retard", yəni "Sən geridə qalansan" yazılmışdı.
Coca-Cola korporasiyası ailədən üzr istəyib.
Şirkətin mətbuat xidmətinin rəhbəri deyib: "Bu kəlmələr şirkətimizin ingilis və fransız dillərindən iki sözü alıb birləşdirərək ifadə yaratmaq kampaniyasında olub. Sözlər uyğunsuz seçildiyi üçün belə xoşagəlməz ifadə alınıb. Louts ailəsindən üzr istəyirik".
Coca-Cola korporasiyasının Kanadadakı bölməsinin baş menecerlərindən biri Şennon Denni bildirib ki, baş verənlər xətadır və buna görə üzrxahlıq edirlər.
Bu olaydan sonra uyğun sözləri tutuşdurmaqla pulsuz Coca-Cola şüşəsi qazandıran kampaniyanın dayandırıldığını vurğulayıb.
Mənbə: Milli.az