Onun məktubu sosial şəbəkələri alt-üst etdi
ABŞ-da bir qadının xəyanətkar sevgilisinə yazdığı məktub bütün dünyada əks-sədaya səbəb olub. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, aldadıldığını sevgilisinin açıq qalmış “Facebook” hesabından öyrənən qadın, ona məxsus əşyaları qırmaq yerinə maraqlı məktub yazmaq qərarına gəlib. Şəkil paylaşma saytı olan “İmgur”da yayımlanan məktubun kimə və nəyə görə yazıldığı məlum olsa da, kim tərəfindən yazıldığı hələlik bilinmir. Sevgilisinin Kelsi adlı qadınla əlaqəsindən xəbər tutan qadın onun əşyalarını müxtəlif ərazilərə paylayıb. Məktubda qeyd olunan həmin əraziər cütlüyün ortaq xatirələri olan yerlərdir. “Sənə ovunda uğurlar” deyə bitən məktub yayımlandığı andan etibarən 1 milyondan çox insan tərəfindən oxunub.
Məktuba, “Əzizim, fikirləş, gör Facebook hesabını açıq qoyan və orada Kelsi ilə yazışan kimdir? Təbii ki, sən! Ancaq narahat olma, heç bir əşyanı sındırmamışam. Əksinə onları paketləyəcək qədər nəzakətliyəm. Hətta sənə oyun da hazırlamışam. Axı sən axtarmağı sevirsən (məsələn, başqa qızlar). Bu da əşyaları tapa biləcəyin yerlər:
Paltarların ilk dəfə tanış olduğumuz yerdə;
Video oyunların ilk öpüşdüyümüz yerdə;
Notbukun ilk video oyunlarını aldığımız yerdə;
Televizorun axıra qədər yeridiyimiz yerdə;
Qalan hər şey eyni zamanda şəkillərimiz isə Kelsinin evindədir. Uğurlar. Yadımdaykən, sən gedənə qədər o əşyaları kiminsə götürməyəcəyinə söz verə bilməyəcəm” sözlərini yazan qadın sonda ona uğurlar arzulamağı da unutmayıb.
Mənbə: Simsar.Az