Qadin.NET / İstirahət günü Azərbaycanda hava necə olacaq?

İstirahət günü Azərbaycanda hava necə olacaq?

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Axşam saatlarında buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Günün ikinci yarısında mülayim şimal küləyi güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir. Sentyabrın 22-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 18-22, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı ehtimalı var.

Mənbə: Milli.Az

21 sentyabr 2013
GO BACK