Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimə əvəzləyici tapıb.
Milli.Az dailysport-a istinadən xəbər verir ki, türk mütəxəssis may ayına qədər millini çalışdırması barədə müqavilə imzalamışdı. Mövsümün sonunda İstanbul klubu ilə sözləşməsi bitən Terim "Cim-bom"un ona göndərdiyi iki illik təklifi hələ də imzalamayıb.
"Milliyət" qəzetinin xəbərinə görə, bu səbəbdən baş məşqçi axtarışında olan "Qalatasaray"ın onun yerinə gətirə biləcəyi iki namizəd var. Bunlardan biri "Mançester Siti"nin sabiq çalışdırıcısı Roberto Mançinidir. 48 yaşlı mütəxəssisin İstanbul klubunun başına keçməyə müsbət baxdığı bildirilir.
Digər namizəd isə italiyalı baş məşqçi Roberto Di Matteodur. Droqbanın keçmiş baş məşqçilərindən olan Di Matteo "Çelsi"yə 2011-ci ildə Çempionlar Liqasını qazandırıb.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az