Qadin.NET / Yeni iPhone-un Çin "əkiz"i çıxdı

Yeni iPhone-un Çin "əkiz"i çıxdı

 

Məşhur smartfon modellərinin ucuz "əkiz"lərinin istehsalı ilə məşhurlaşmış Goophone (Honkonq) şirkəti GooPhone i5C adlı smartfon satışa çıxardığını bəyan edib.

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, ABŞ-ın Apple korporasiyasının yeni modeli iPhone 5S-in zahirən tam bənzəri olan bu telefonda 5 düymlük (540x960) ekran, 8 meqapiksellik kamera, 2 meqapiksellik frontal kamera, 2 nüvəli və 1,3 giqahers takt tezlikli prosessor, 512 meqabaytlıq operativ yaddaş, microSD kart üçün yeri var.

Smartfon 4 giqabayt yaddaşlıdır.
Çində GooPhone i5C simartfonunu 100-200 dollara almaq olar.
Smartfon Android əməliyyat sistemi ilə işləsə də, zahiri interfeys iOS7 stilindədir.
Mənbə: Milli.Az
21 sentyabr 2013
GO BACK