Smartfon istehsalçısı BlackBerry maliyyə itkiləri ilə əlaqədar 4500 nəfər əməkdaşının ixtisara salınacağını elan edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda şirkətin işçilərinin sayı 11,5 min nəfərdir. Onların 40%-i işdən azad olunacaq.
Qeyd edək ki, BlackBerry ötən il də 5000 nəfər işçisindən imtina etmişdi.
Şirkətin açıqlamasında deyilir ki, cari ilin birinci yarısının məlumatlarına görə, 950-995 milyon arası maliyyə itkisi olub. Bunlar əsasən smartfonların satışının az olması ilə əlaqədardır.
Mənbə: Milli.Az