Qadin.NET / Çobanyastığının qadını gözəlləşdirən xüsusiyyətləri

Çobanyastığının qadını gözəlləşdirən xüsusiyyətləri

 

Çobanyastığının qadını gözəlləşdirən xüsusiyyətləri
Sizə çobanyastığının köməyilə gözəl görünməyin sirlərini açacağıq. Çobanyastığı ilə gələn gözəlliyin zirvəsinə çatmaq üçün bu ərzaqlar lazımdır:
3 çay qaşığı çobanyastığı 
1 fincan su 
1 yemək qaşığı bal
1 yemək qaşığı gül suyu 
Əvvəlcə suyu qaynadın. Qaynadılmış suyun içinə çobanyastığını əlavə edin. 5-6 dəqiqədən sonar süzün. Soyuduqdan sonra bal və gülsuyunu əlavə edin. Əldə etdiyiniz qarışığı üzünüzə və boynunuza çəkin. Bu maska həm dərini ağardır, həm də ləkələri azaldır. 
Axşamlar yatmazdan əvvəl çobanyastığını adi çay kimi dəmləyib isti için. Çobanyastığı çayı sizi həm rahatlaşdırır, həm də həzmi də asanlaşdırır. Ən əhəmiyyətlisi isə gecə rahat yuxuya getməyə kömək edir.
Çobanyastığını qaynatdığınız su ilə birlikdə buz qəliblərinə yerləşdirin. Buz qəliblərini hər səhər üzünüzdə gəzdirin. Zamanla dərinin sıxlaşdığını və gözəlləşdiyini müşahidə edəcəksiniz.
Çobanyastığını qaynadılmış suyun içinə atın və soyumasını gözləyin. Ayaqlarınızı yarım saata qədər bu suda saxlayın. Bu qayda günün bütün yorğunluğunu atamağa kömək edəcək. 
Qaynadılmış suyun içinə bir qədər çobanyastığı əlavə edin. Buxarın bayıra çıxmasına mane olacaq şəkildə başınızı dəsmalla örtərək üzünüzün buxarı əmməsini təmin edin. Buxarın istiliyinə dayana bildiyiniz qədər bu qaydanı təkrarlayın. Dəri məsamələrinin təmizləndiyini və dərinin daha parlaq olduğunu buxardan çıxan kimi hiss edəcəksiniz.
Çobanyastığı saçı yumşaldır. 30 qr çobanyastığı çiçəyinin üzərinə yarım stəkan qaynar su tökərək, 1 saat saxladıqdan sonra süzün və 1 desert qaşığı bal qatın. Yuyulmuş və məhrəba ilə qurulanmış saçı bu məhlulla bolluca isladın, 30-40 dəqiqədən sonra saçı ilıq su ilə yaxalayın. Saç quru olduqda, bu proseduru 2 həftədən bir, saç yağlı olarsa, həftədə 1 dəfə edin. 
Mənbə: Publika.Az
21 sentyabr 2013
GO BACK