2 yaşlı bu oğlan dünyanın ən kök uşaqlarından biri sayılırdı. Onun çəkisi 31 kq idi. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaşayan ailənin övladı olan uşağın yaşamı ilə bağlı ciddi təhlükə yaranmışdı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həkimlərin sözlərinə görə, uşaq dərhal əməliyyat olunmalı və izafi çəkidən qurtulmalı idi. Əks təqdirdə o, ölə bilərdi.
Valideynlər əməliyyata razılaşıblar və həkimlər dünyada ilk dəfə olaraq 2 yaşlı uşağın mədəsində şuntlama aparıblar.
Ekspertlərin dediklərinə görə, bu şok olay, çox qeyri-adi əməliyyatdır.
International Journal of Surgery Case Reports bildirir ki, əməliyyat Ər-Riyaddakı Prince Sultan Military Medical City tibb mərkəzində aparılıb.
Laparoskopik rezeksiya əməliyyatı nəticəsində uşağın mədəsinin 30 faizi kəsilərək götürülüb.
Əməliyyatdan sorakı iki ay ərzində uşaq çəkisinin 15 faizini itirib.
Mənbə: Milli.Az