Qadin.NET / I-IV sinif dərsliklərinin monitorinqi oktyabrın 28-dən başlayacaq

I-IV sinif dərsliklərinin monitorinqi oktyabrın 28-dən başlayacaq

 

 

TQDK pedaqoji ictimaiyyətə müraciət etdiTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) pedaqoji ictimaiyyət, müəllimlər, valideynlər və şagirdlərə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar oktyabrın 28-dən fəaliyyətə başlayacaq. 

Ümumi və tam orta təhsil səviyyələrinin VI, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2014-cü ilin yanvar ayından fəaliyyət göstərəcək.
TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı ilə nəzərdə tutulan elmi-metodiki seminarlar internet vasitəsilə online rejimində yuxarıda qeyd edilən vaxtda fəaliyyətə başlayacaq. 
Seminarlarda iştirak etmək istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib, qeydiyyatdan keçməlidirlər.

 Qeyd edək ki, seminarla bağlı daha ətraflı məlumat TQDK-nın rəsmi saytında yerləşdirilib.

 

 

Mənbə: Lent.az

20 sentyabr 2013
GO BACK