Qadin.NET / Fəsil dəyişəndə xəstəlikdən necə qurtulmalı?

Fəsil dəyişəndə xəstəlikdən necə qurtulmalı?

 

Fəsil dəyişməyi ilə soyuqdəymə xəstəliklərinin də dövrü başlayır. Bəs xəstəliklərdən necə qorunmaq olar? Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər soyuqdəymədən qorunmaq üçün bəzi məsləhətlər veriblər. Fəsil dəyişən dövrdə, evlərdə mərkəzi istilik sistemlərinin qoşulmadığı vaxtda, isti çay içmək və şorba yemək tövsiyyə edilir. Axşamlar yatarkən üst-üstə bir neçə paltar geyinməkdənsə, qalın örtükdən istifadə edilməsi daha məsləhətlidir.  Rusiyanın profilaktik təbabət elmi-tədqiqat mərkəzinin baş elmi işçisi Qalina Xolmoqorova deyir ki, bu dövrlərdə yun paltarlara üstünlük verməyi tövsiyyə edir. Bundan başqa, yağışlı havalarda ayaqların islanmasından qaçmaq lazımdır. Əgər ayaq islandısa, corabları mütləq dəyişmək gərəkdir. Həkim bu dövrdə pəhrizlərin də miqdarını azaltmağı tövsiyyə edir. 
"Əgər insanlar arıqlamaq istəyirlərsə, bu dövrdə bir qədər fasilə vermək lazımdır", - Qalina Xolmoqorova əlavə edib. 

Mənbə: Milli.Az

20 sentyabr 2013
GO BACK