Qadin.NET / İdmançımız Dünya çempionatının medalçısı oldu

İdmançımız Dünya çempionatının medalçısı oldu

 

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların dördüncü günündə qadın güləşi üzrə 55, 59 və 63 kq çəkidə güclülər müəyyənləşib.Azərbaycan güləşçiləri iki çəkidə mübarizə aparıblar.59 kq çəkidə təmsilçimiz Yuliya Ratkeviç yarımfinala qədər bütün rəqiblərini vaxtından əvvəl və təmiz qələbə ilə (tuşe) məğlub edib. Yarımfinalda bolqar təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Ukraynadan olan rəqibini üstələyən Yuliya Ratkeviç Dünya çempionatının bürünc medalını qazanıb.

 1/16 final - Geeta (IND) - Yuliya RATKEVİÇ (3:4, təmiz qələbə)
1/8 final - Yuliya RATKEVİÇ - Thi Loan Pham (VIE) (4:0, təmiz qələbə)
1/4 final - Joice Souza Da Silva (BRA) - Yuliya RATKEVİÇ (0:8)
1/2 final - Yuliya RATKEVİÇ - Taybe Mustafa Yusein (BUL) (0:5)
Bürünc medal görüşü - Tatyana Lavrençuk (UKR) - Yuliya RATKEVİÇ (4:7)
 63 kq-da mübarizə aparan İrina Netreba ilk görüşündə qalib gəlsə də, qələbənin davamını gətirə bilməyib. İkinci görüşü uduzan güləşçimizin rəqibi finala yüksələ bilmədiyindən İrina Netreba mübarizəni medalsız tamamlayıb.
Mənbə: Milli.Az
20 sentyabr 2013
GO BACK