Bakıda 20 saylı uşaq musiqi məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Milli.Az Trend Life-a istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən və Şövkət Ələkbərovanın adını daşıyan bu təhsil ocağında hazırda 280 şagird təhsil alır. Məktəbdə 79 pedaqoq çalışır.
Mənbə: Milli.Az