Qadin.NET / Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

 

 

Serbiyada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Serbiyadakı səfirliyindən bildirilib.Məlumatda bildirilir ki, Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəylinin misilsiz xidmətlərini nəzərə alaraq, onun xatirəsinin yad edilməsinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı xalqımızın ümummilli lideri Heydər Əliyevin Fərmanına əsasən, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Serbiyanın Novi Sad şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Dunay çayı kənarında salınmış "Sahilyanı park"dakı Üzeyir Hacıbəyli memorialını ziyarət ediblər.Tədbir iştirakçıları Üzeyir Hacıbəylinin xatirəsini yad edərək, dahi bəstəkarın büstü qarşısına gül-çiçək dəstələri qoyub, onun həyat və yaradıcılığından bəhs ediblər.Tədbirdə həmçinin Novi Sad şəhər meriyasının, İncəsənət Akademiyasının rəhbərliyi və Üzeyir Hacıbəyli təqaüdünü alan tələbələr, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mənbə: Milli.Az

20 sentyabr 2013
GO BACK