Qadınların avtomobil idarə etməsinin qadaağan olunduğu Səudiyyə Ərəbistanında qadınlar maşın sürmək haqları uğrunda kampaniyaya başlayıblar. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, əslində bu ölkədə qadınların avtomobil sürməsini yasaqlayan rəsmi qanun mövcud deyil.Qadın hüquq müdafiəçisi Əman əl-Nəfcan bildirib ki, onlar oktyabrın 26-da aksiyaya başlayacaq.Qadınlar və onları dəstəkləyən kişilər Twitter səhifələrində qadınların maşın sürmək haqqının tanınmasına münasibət bildirməyə çağırış ediblər. Təşkilatçılar hesab edir ki, bu aksiya cəmiyyətin tələbini əks etdirir.
Mənbə: Publika.az