Bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər.Trend bildirir ki, bu günün 20 sentyabr tarixində bayram edilməsi 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanması ilə eyni günə təsadüf edir.Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Nəticədə, neft-qaz sahəsinin aktiv inkişafı respublika həyatının bütün sahələrinin artımına gətirib çıxardı.Bu müqaviləni haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab etmək olar.Azərbaycan artıq dünya bazarında özünü etibarlı neft idxalçısı kimi təsdiqləyib və hazırda Azərbaycan qazının Avropa ölkələri bazarına çıxarılması istiqamətində aktiv işlər görülür. Artıq qazın Türkiyə ərazisindən Avropa sərhədlərinə nəql olunmasını təmin edəcək "Trans-Anadolu" qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı qərar qəbul edilib. Həmçinin, bu ilin iyun ayında "Trans-Adriatik" boru kəməri (TAP) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. Azərbaycan qazının Avropaya nəqli yolunda növbəti addım "Şahdəniz" konsorsiumu və Avropanın qaz alıcıları arasında bağlanan sazişlər olub.Hazırda Azərbaycan neft-qaz sektorunun inkişafında əhəmiyyətli rol aktiv templərlə inkişaf edən, böyük rəqabətədavamlı beynəlxalq şirkət kimi öz mövqeyini və təsir sahələrini genişləndirən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) payına düşür.ARDNŞ-nin böyük potensial və inkişafına parlaq sübut şirkətin Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrdə biznesinin olmasını, o cümlədən Yunanıstanın DESFA şirkətinin özəlləşdirilməsində iştirakını göstərmək olar.ARDNŞ xarici aktivlərin inkişafı və beynəlxalq energetika layihələrinin reallaşdırılması ilə yanaşı, Azərbaycanda layihələrin həyata keçirilməsinə də böyük diqqət ayırır. Xüsusilə, neft və qaz hasilatı həcminin sabitləşdirilməsi və artırılması, ölkənin qazlaşdırılması səviyyəsinin artırılması, neft məhsulları istehsalının keyfiyyəti və həcminin artırılması, kimyəvi məhsul istehsalının inkişafı sahəsində işlər görülür. ARDNŞ neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksi, karbamid zavodu (azot gübrələrinin istehsalı) və gəmiqayırma müəssisəsinin yaradılması kimi iri layihələr həyata keçirir.Hazırda Azərbaycan tərəfindən həm ölkə daxilində həm də xaricdə həyata keçirilən bütün möhtəşəm layihələr ölkə iqtisadiyyatının gələcək inkişafını və əhalinin rifah səviyyəsinin yüksəldilməsini təmin edəcək.
Mənbə: Milli.Az