İran Suriya hökuməti və müxalifət arasında danışıqlara yardım etməyə hazırdır. Trend Washington Post nəşrinin saytında dərc olunan İran prezidenti Həsən Ruhaninin məqaləsinə istinadən bu barədə məlumat verir."Mən hökumətim tərəfindən Suriya hökuməti və müxalifət arasında dialoqun qurulmasında kömək etməyə hazır olduğumu elan etmişəm", qəzet İran prezidentinin sözlərindən sitat gətirir.Ruhani həmçinin region ölkələrində milli dialoqun keçirilməsi üçün kollektiv səylərə çağırıb."Biz səylərimizi birləşdirməliyik ki, Suriya və ya Bəhreyndə milli dialoq istiqamətində, konstruktiv işləməyə hazır olaq. Biz atmosfer yaratmalıyıq ki, region xalqları öz müqəddəratını həll edə bilsinlər", - İran prezidenti bildirib.Planlaşdırılır ki, İran prezidenti gələn həftə BMT-nin Baş Assambleyasında çıxış edəcək.
Mənbə: Milli.Az