Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90 faiz, gündüz 55-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi ehtimalı var.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq, gündüz tədricən kəsiləcək.
Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-22°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliyin normadan çox olması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Mənbə: Milli.Az