Qadin.NET / Həyat yoldaşına toxunmaq və ya öpmək dəstəmazı pozarmı?

Həyat yoldaşına toxunmaq və ya öpmək dəstəmazı pozarmı?

 

Milli.Az İslam.az-a istinadən bildirir ki, Cəfəri məzhəbinə görə, bu zaman dəstəmaz pozulmaz. Hənəfi məzhəbində olanlar da bu görüşdədirlər. Şafii məzhəbinə görə, kişinin istər şəhvətlə, istərsə də şəhvətsiz halda qadına (hətta öz arvadına) toxunması dəstəmazı pozar.Hənbəli və maliki məzhəblərində isə qadına yalnız şəhvətlə toxunmaq dəstəmazı pozan səbəb sayılır, şəhvətsiz toxunmaq yox. Özü də bu zaman əksər alimlər yalnız kişinin dəstəmazının pozulduğunu yazırlar. Qadın dəstəmazlı halda qadına toxunsa, dəstəmazı düzgündür.
Mənbə: Milli.az
19 sentyabr 2013
GO BACK