Qadin.NET / İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

 

İnterpol tərəfindən axtarışda olan 1987-ci il təvəllüdlü Ümid Ramazanov Gürcüstan-Türkiyə sərhədini keçərkən "Sarpi" sərhəd-keçid məntəqəsində saxlanılıb.

Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, Ü.Ramazanov 11 sentyabr 2013-cü il tarixindən etibarən xüsusilə böyük həcmdə oğurluğa görə Azərbaycan polisi tərəfindən axtarılır.

İstintaq iddia edir ki, avqustun 18-də Ü.Ramazanov Q.Ramazanovanın evinə daxil olaraq divarda olan dəmir seyfi qırıb və 200 min manatı mənimsəyib.

Günahı sübuta yetirildiyi təqdirdə o, 12 il müddətinə azadlıqdan mərhum edilə bilər.

Mənbə: Trend az.

19 sentyabr 2013
GO BACK