İran prezidenti bildirib ki, nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlinməsi məsələsində səlahiyyət əldə edib. Bu barədə Trend "İRİB" agentliyinə istinadən bildirir.
İranın ali lideri ayətulla Əli Xamneyi prezident Ruhaniyə nüvə problemləri üzrə ABŞ-la birbaşa danışıqlar aparmaq səlahiyyəti verib.
Xamneyi bu barədə sentyabrın 17-də İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri ilə görüşü zamanı bildirib.
İran Prezidentinin sözlərinə görə, ölkə hökumətinin heç vaxt nüvə silahının yaratmaq məqsədi olmayıb və bu gələcəkdə də hədəf olmayacaq.
Mənbə: Milli.Az