Qadin.NET / Heykəltəraşlarımız knyaz Vladimirin abidəsini Həştərxana gətiriblər

Heykəltəraşlarımız knyaz Vladimirin abidəsini Həştərxana gətiriblər

 

 

Azərbaycan heykəltəraşları tərəfindən müqəddəs apostol knyaz Vladimirin abidəsi Həştərxanın ən qədim abidələrindən biri olan Müqəddəs Vladimir kilsəsinin önündəki meydanda quraşdırılması üçün Bakıdan Həştərxana gətirilib. 
Trend-in RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Həştərxan vilayətinin Beynəlxalq və Xarici Əlaqələr Nazirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir.
Azərbaycanın təklifi əsasında hazırlanan abidə Həştərxanın tarixi mərkəzində yerləşən "Xalqlar Dostluğu Kompleksi"ni tamamlayacaq. Bu kompleksin böyük hissəsi Heydər Əliyev Fondu da daxil olmaqla Azərbaycan tərəfinin vəsaitləri hesabına tikilib.
Məlumatda bildirilir:
"Abidə özündə dörd metr hündürlüyə malik qranit dayaq üzərində bürüncdən hazırlanan fiquru ehtiva edir. Heykəlin müəllifi azərbaycanlı heykəltəraş Natiq Əliyevdir. Abidə nəinki Rusiya dövlətinin taleyində rol oynayan tarixi şəxsiyyətə hörmət, həm də Azərbaycan və Rusiya arasında dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımdır".
Abidənin qoyulması Həştərxanın əsasının qoyulmasının 455 illiyinə və Rusiyanın xristianlığın qəbul edilməsinin 1025 illiyinə həsr edilib. Abidənin təntənəli açılış mərasiminin oktyabrın əvvəlində keçirilməsi planlaşdırılır.

Mənbə: Milli.az

19 sentyabr 2013
GO BACK