"Forbes" jurnalı işi itirməyə səbəb ola bilən 14 vərdişin siyahısını tərtib edib.
Anspress-in verdiyi məlumata görə, ilk yeri bu günün işini sabaha saxlamaq vərdişi tutur.
2-ci yerdə yalan danışmaq, 3-cü yerdə pessimist olmaq durur. Daha sonra işə gecikmək, elektron poçtunuzu gec-gec yoxlamaq, sosial şəbəkə bağlılığı, bədən dilindən düzgün istifadə etməmək, diqqətsizlik, pis danışıq qabiliyyəti, “yalnız canavar” sindromu - təkliyə meyllilik, tez özündən çıxmaq, məsuliyyətsizlik, mədəniyyətsizlik.
Əgər işdən qovulmaq istəmirsinizsə, bu vərdişləri unudun.
Mənbə: Milli.Az