Balakəndə azərbaycanlıların soyqırımının xatirəsinə abidə ucaldılacaq. Milli.Az xəbər verir ki, bu barədə Day. Az saytına Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində layihə institutundan məlumat veriblər.
Layihə artıq hazırdır. Abidənin inşası üçün 280 kvadrat metr ərazi ayrılıb.
Balakən Rayon İcra Hakimiyyətindən bildiriblər ki, abidə Şəhidlər xiyabanında tikiləcək.
Mənbə: Milli.Az