Qadin.NET / Batareya çirkab suları ilə işləyəcək

Batareya çirkab suları ilə işləyəcək

 

Stenford Universitetində işləyən amerikalı alimlərin elan etdikləri qeyri-adi biobatareya elektrik enerjisinin yaradılması üçün yanacaq qismində kanalizasiya çirkab sularından istifadə edir.

 

 Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni batareyada çirkab sular elektrolit qismində istifadə olunur və bir neçə elektrod qrafit və gümüş oksidindən hazırlanıb. İlk sınaqların yekununa görə, qurğu çirkab sularında mövcud olan üzvi maddələrin 30%-ni enerjiyə çevirmək qabiliyyətini nümayiş etdirib ki, bu, hətta müasir əksər günəş batareyalarının səmərəlilik səviyyəsindən bir qədər çoxdur.
 Yeni biobatareyanın kütləviləşməsi yolunda əsas maneə onun konstruksiyasında bahalı gümüş oksidindən istifadədir. Alimlər əmindirlər ki, bahalı metala effektiv əvəzetmə tapa biləcəklər, lakin bunun üçün onlara vaxt lazımdır.
Mənbə: Milli.Az
19 sentyabr 2013
GO BACK