Dünyanın ən iri sosial şəbəkəsi Facebook 17 yaşlı kanadalı qız Reta Parsonsun şəklini tanışlıq saytına yerləşdirdiyinə görə üzr istədi.
Anspress Kanada mətbuatına istinadən bildirir ki, internetdə təhqirlərə görə qız aprel ayında özünü öldürüb. Anasının sözlərinə görə, qızın şikayəti şəklinin dörd yeniyetmə tərəfindən zorlanmış qız kimi təqdim edilməsi ilə bağlı olub.
Facebook-dan bildiriblər ki, Parsonsun şəklini istifadə etmiş şirkətə öz elanlarını sosial şəbəkəyə yerləşdirməyi qadağan ediblər.
Mənbə: Milli.Az