Qadin.NET / Yeni "Kalaşnikov"lar gəlir

Yeni "Kalaşnikov"lar gəlir

 

 

APA-nın məlumatına görə, bu barədə “Exo Moskvı” radiosuna müsahibəsində Rusiya Hərbi-Sənaye Komissiyasının sədr müavini Oleq Boçkaryov bildirib.
O.Boçkaryov deyib ki, AK-12 indeksi verilmiş avtomatın 5,45 və 7,62 mm çaplı iki modeli olacaq.
Qeyd edək ki, bir müddət əvvəl AK-12 avtomatının 2013-cü ilin ortalarında sınaqdan keçiriləcəyi bildirilmişdi. Avtomatın hazırlamasına 2011-ci ildə başlanıb və bu iş “İjmaş” Konserninin baş konstruktoru Vladimir Zlobinin iştirakı ilə aparılır. Yeni avtomat klassik tərtibatı özündə saxlasa da, müəyyən konstruktiv dəyişikliklər edilib. Bu avtomat sələfləri ilə müqayisədə böyük atəş sıxlığına və daha zəif geri təpməyə malikdir. Eyni zamanda aksessuarların quraşdırılması üçün Pikatinni relsləri ilə təchiz olunub. Silahın qundağı atıcının anatomiyasına uyğun tənzimlənə bilir. 

Mənbə: Milli.Az

19 sentyabr 2013
GO BACK