Qadin.NET / "Arşın mal alan" operettası Fransada nümayiş olunacaq

"Arşın mal alan" operettası Fransada nümayiş olunacaq

 

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 20 illik yubileyi və Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illik yubileyi münasibətilə bu gün sözügedən operetta Fransanın paytaxtı Parisdə nümayiş olunacaq. 
Bu barədə Trend YUNESKO-nun rəsmi saytına istinadən məlumat verir.
Azərbaycan, Türkiyə və Qırğızıstandan olan solistlərin iştirakı ilə Qazaxıstan orkestri "Arşın mal alan" operettasına həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.
"Arşın mal alan" operettası dahi Azərbaycan bəstəkarı və Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin üçüncü və sonuncu operettasıdır.

Mənbə: Milli.Az

19 sentyabr 2013
GO BACK