Qadin.NET / XİN: "Azərbaycan Suriya böhranının siyasi həllinə nail olunması üçün bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır"

XİN: "Azərbaycan Suriya böhranının siyasi həllinə nail olunması üçün bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır"

 

 

Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə olunmasını və onların bütün formalarda tətbiqini kəskin şəkildə pisləyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Suriyada kimyəvi silahların istifadəsinə dair açıqlamasında deyilir.
XİN-in bəyanatında qeyd olunur: "Biz təhlükəsizlik və siyasi baxımdan olduqca çətin şəraitdəki fəaliyyətlərinə və nümayiş etdirdikləri peşəkarlığa görə BMT-nin Suriyada kimyəvi silahlardan istifadə edilməsi iddialarının araşdırılması üzrə missiyasının üzvlərinə təşəkkürümüzü bildiririk". 
Bəyanatda qeyd edilir ki, Azərbaycan Rusiya ilə ABŞ arasında Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsinin təşkili və məhv edilməsinə dair əldə olunmuş anlaşmanı dəstəkləyir: "Suriya böhranının siyasi həllinə nail olunması üçün Azərbaycan BMT-də, o cümlədən BMT Təhlükəsizlik Şurasında bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır. Gözlənilir ki, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının İcraiyyə Şurasının Suriyanın kimyəvi silahlarının tez bir zamanda məhv edilməsi və onun üzərində sərt yoxlama rejiminin tətbiqi üzrə xüsusi prosedurları nəzərdən keçirəcək və bu xüsusda müvafiq qərar qəbul edəcək". 
XİN-in bəyanatında deyilir ki, ümumiyyətlə, Azərbaycan daima TŞ-ni beynəlxalq sülhün və təhlükəsizliyin bilavasitə qorunmasına məsul bir qurum kimi qəbul edib, onun qərar və qətnamələrinin mütləq şəkildə yerinə yetirilməsini zəruri hesab edib.

Mənbə: Milli.Az

19 sentyabr 2013
GO BACK