Qadin.NET / Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi

Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi

 

 

Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinə keçilib. Anspress yazır ki, yay mövsümünün başa çatması və yeni tədris mövsümünün başlanması ilə sərnişinlərinin sayının artmasına səbəbilə qatarların hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.
Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqə, qalan vaxtlarda 2,5-3 dəqiqədir.
Buna uyğun olaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda müddət iki dəfə artıq olur.
Qeyd edək ki, bəzi hallarda "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti daha artıq ola bilər. Buna, qrafikə uyğun olaraq, "Nərimanov" elektrik deposundan xəttə çıxan qatarların "Nərimanov" stansiyasına daxil olması və ümumi qrafikə qoşulması səbəb olur. 
Yeni qrafikin müddəti 2014-cü il ilin iyul ayına qədərdir.
Onu da əlavə edək ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə istirahət günlərində qatarların "Bakmil-Nərimanov" və əks istiqamətdə hərəkətində cüzi dəyişikliklər edildiyi üçün şənbə və bazar günlərinin hərəkət cədvəli ayrı-ayrılıqda təqdim olunur.

Mənbə: Milli.Az

 

19 sentyabr 2013
GO BACK