Türkiyənin Suriya ilə sərhəd ərazisində yerləşən Hatay vilayətinə "Azad Suriya Ordusu"nun vurduğu Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə düşüb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, qırıcı təyyarənin pilotları katapult etməyə imkan tapıblar, lakin onlar da "Azad Suriya Ordusu" tərəfindən vurulublar.
Qırıcı təyyarənin Hatay vilayətinin Yayladağ rayonundan 400 metr aralıda düşdüyü bildirilir.
Mənbə: Milli.Az