Qadin.NET / Nazir: "Qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır"

Nazir: "Qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır"

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün yeni dərs ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanda ali təhsil sisteminin maliyyələşdirməsi istiqamətində aparılan yeni islahatın həyata keçirilməsi başa çatır: "Bu, adambaşına maliyyələşmə adlanan bir konsepsiyadır. Bu islahat islahat xatirinə həyata keçirilməyib. Həmin islahatın həyata keçirilməsində əsas məqsəd ondan ibarət olub ki, ali təhsil müəssisələrinin muxtariyyətinin, müstəqilliyinin, professor-müəllim heyətinin imkanlarının və fəaliyyətlərinin qiymətləndirilməsinin yeni mexanizmlərinin tətbiqinə nail olaq. Bu islahat bir çox ali təhsil müəssisələri üçün müsbət nəticə verib".
Nazir deyib ki, ali məktəblərin hansı sahələr üzrə mütəxəssis hazırlamaq məsələsində özünün qərarvermə səlahiyyətləri olmalıdır. Bu da dövlət tərəfindən tədbiq olunan yanaşmalara yenidən baxılmasını tələb edir: "Bu gün qanunvericilk imkan verir ki, ali məktəblərin rəhbərləri müəllim heyətinin ödəniş prinsiplərini müstəqil şəkildə həyata keçirsinlər. Biz ali məktəblərin imkanlarını genişləndirməliyik".

Mənbə: Milli.Az

17 sentyabr 2013
GO BACK