"Versace" şirkətinin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb.
Azərbaycanın İtaliyadakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə diplomatik missiyanın məktubuna cavab olaraq şirkətin rəsmi məktubunda deyilir.
Diplomatik missiyadan deyiblər ki, Azərbaycanın İtaliyadakı səfirliyi Ermənistan KİV-də şirkətin bu ölkənin işğal etdiyi Dağlıq Qarabağda istehsalatını açmaqla bağlı planlarına dair məlumat yayıldıqdan sonra "Versace" ilə əlaqə saxlayıb: "Şirkətdən bildiriblər ki, onlar həmin regionda geyim, aksessuar istehsal etmirlər və gələcəkdə orada belə bir istehalatın açılması üzrə planları yoxdur".

Mənbə: Milli.Az