Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M.Pənahovun sözlərinə görə, baxmayaraq ki, seçkilərə hazırlıqla bağlı heç bir problem olmayıb, ölkədə inkişaf getdiyi üçün, məntəqə və dairələr də inkişaf tələblərinə cavab verən səviyyədə olmalıdır: "5300-ə yaxın daimi seçki məntəqəsi və 219 müvəqqəti yaradılan seçki məntəqəsinin hamısı seçkilərə tam hazırdır".
M. Pənahov qeyd edib ki, seçici siyahısı insanların son altı ay ərzində yerləşməsinə uyğun olaraq nəzərə alınır: "Azərbaycan daxilində tez-tez yerdəyişmələr olur, insanlar bir yerdən digər yerlərə köçürlər. Bu səbəbdən də seçici siyahılarını hazırlayarkən yerli icra strukturlar və bələdiyyələrin verdiyi siyahılardan istifadə olunur. Bəzən seçicilər də adlarının seçici siyahısına düşməsinə tənbəllik edirlər. Lakin buna baxmayaraq əgər seçici siyahıya düşməsə belə, seçicilər seçki günü məntəqələrə yaxınlaşıb, əlavə seçici siyahısına düşərək səs verə bilərlər. Çünki səs vermək bütün vətəndaşların konstitusion hüququdur və MSK bu hüququ təmin edir. Bəzi beynəlxalq təşkilatlar bu məsələdə nəsə tapıb seçkilərin şəffaf keçirilməsinə gölgə salmağa çalışırlar.
M.Pənahov həmçinin qeyd edib ki, polislər üçün də seçkilərdə davranış qaydaları ilə bağlı treninqlər keçirilib. Ümumilikdə seçkilərlə bağlı bütün dövlət strukturlarının nümayəndələri tam maaarifləndirilib.
MSK sədri deyib ki, ölkə xaricində olan diplomatik nümayəndəliklərdə seçki məntəqələri yaradılıb: "38 belə məntəqə yaradılıb və onlar da artıq seçkilərə tam hazırdır. Biz seçki günü kənarda olan Azərbaycan vətəndaşlarının da səs hüquqnu tanıyacağıq və onların səs verməsinə şərait yaradacağıq. Xaricdə olan istənilən Azərbaycan vətəndaşı həmin ölkədə yaradılan seçki məntəqəsində gedərək səs verə bilər".
Mənbə: Milli.Az