İtaliyanın “Abarth” tüninq-atelyesi hələ 1963-cü ildə ilk dəfə olaraq dünyaya “Fiat 500”-ün bazasında 595 hetçini təqdim etmişdi. 32-güclü mühərrikə baxmayaraq, o vaxtilə modelin ən güclü modifikasiyası hesab edilirdi. İtalyanlar hetçin 50 illik yubileyini Frankfurt avtosalonunda qeyd edəcəklər.
Milli.Az Auto.az-a istinadən bildirir ki, “50 Anniversario” adı almış və yubiley üçün nəzərdə tutulan “Abarth 595” hot-hotç digər modifikasiyalarının aldığı mühərriklə təchiz edilir. Lakin yubiley münasibətilə 1.4-litrlik “T-Jet” turbo mühərrikini 180 a.g.-ə qədər gücləndiriblər. Yeniliyi idman asması, “Brembo” əyləcləri və daha güclü səsə malik qazburaxma sistemi ilə təchiz edəcəklər. Yeni “Abarth 595”-in dinamik xarakteristikası barədə hələlik məlumat verilmir.
Bundan əlavə hetçbek istehsalçının “retro-çalar” kimi xarakterizə etdiyi tutqun-ağ rəngli ban və əl ilə işlənmiş tematik qrafika alacaq. “Abarth 595 50 Anniversario”-nu şirkəti “Abarth” loqotipi, təkmilləşdirilmiş spoyler və 17-düymlük təkər diskləri ilə bəzəyəcəklər.
Orijinal sükan, təkmilləşdirilmiş yan tutacaqları olan ikirəngli oturacaqlar, metal detallar və pedal üzərində alüminium əlavələr hetçbekin interyerinə idman cizgiləri əlavə edir. Şirkət bəyan edir ki, xüsusi “50 Anniversario” yubiley hetçbekindən cəmi 299 ədəd buraxmağa hazırdır. Lakin yeniliyin qiyməti hələlik sirr olaraq qalır. İtalyanlar hetçbek üçün sifarişləri sentyabrın 15-dən qəbul etməyə başlayacaqlar.
Mənbə: Milli.Az