Çinin Xiaomi şirkəti hələ ki bütün dünyada populyarlıq əldə etməyib, lakin daxili bazarda şirkət tədricən pərəstiş qazanır. Ölkə ərazisində populyarlıq onunla nəticələnə bilər ki, Xiaomi şirkəti qlobal smartfon bazarında yeni dağıdıcı gücə çevriləcək, Sanford C Bernsteinin analitiki Mark Nyuman hesab edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən şirkət internet üzərindən ucuz, lakin güclü smartfonlar satır. Məsələn, bu ilin iyulunda təqdim edilmiş Hongmi modeli texniki xüsusiyyətlərinə görə iPhone 5C smartfonuna fora verə bilər, lakin Çində onun qiyməti 130 dollar təşkil edir, halbuki alma şirkətinin cihazının qiyməti 733 dollara bərabərdir.
Bu yaxınlarda Xiaomi şirkətinin çeşidində yeni peyda olmuş məhsuldar Mi3 smartfonunun qiyməti 330 dollar təşkil edir. Onun funksional səviyyəsi iPhone 5S ilə oxşardır, lakin sonuncunun qiyməti 864 dollara bərabərdir.
Bu il avqust ayının sonunda məlum olub ki, Android platforması ilə işləyən məhsulların idarə edilməsi üzrə Googleun vitse-prezidenti Hyüqo Barra Xiaomi şirkətində işinə davam edəcək. Beləliklə, Nyuman qeyd edir ki, Çin şirkəti beynəlxalq bazara çıxma planlarını təsdiq etmiş oldu.
Mənbə: Milli.Az