Qadin.NET / Bu əlamətlər xərçəngdən xəbər verir

Bu əlamətlər xərçəngdən xəbər verir

 

 

Alimlər xərçəng xəstəliyinin 5 mühüm əlamətini müəyyən ediblər.
Milli.Az Musavat.com-a istinadən bildirir ki, bu 5 əlamət həkim-onkoloqa baş çəkmək üçün siqnal sayıla bilər. Siqnallar aşağıdakılardır:
1. Çəkinin qəfil və sıçrayışlı dəyişmələri. Bu, maddələr mübadiləsinin pozulmasının nəticəsi ola bilər – bu yolla orqanizm şişin böyüməsinin qarşısını almağa çalışır.
2. Anemiya (qanazlığı) və aradan qalxmayan halsızlıq, tez-tez qusma – ola bilsin, bu, şiş hüceyrələrinin qana buraxdığı və orqanizmi zəhərləyən toksinlərlə bağlıdır. 
3. Dəri örtüyünün vəziyyətinin pisləşməsi – dəri kəskin tutqunlaşa, qabıq verə və üzərində ləkələr yarana bilər.
4. Bədən temperaturunun mütəmadi, lakin azca qalxması – bu yola orqanizm immun sistemi üzərinə düşən güclü əlavə yüklə mübarizə aparmağa səy edir
5. Bədənin hansısa hissəsində mütəmadi və müntəzəm iynəbatırmalar və ya diskomfort-ağrılı hissiyyatlar. 
Mütəxəssislərə görə, bütün bu əlamətlər xərçəngə meylliliyi və ya bədxassəli şişin mövcudluğunu sübut edir.
Mənbə: Milli.Az

17 sentyabr 2013
GO BACK