Qadin.NET / Duz onları öldürə bilər

Duz onları öldürə bilər

 

 

Duzun tərkibində hipertoniyalı şəxsləri öldürə biləcək birləşmələr tapılıb. Milli.Az medinfo.ru-ya istinadən bildirir ki, Qlazqo Universitetinin əməkdaşlarının apardıqları araşdırma zamanı duzun tərkibindəki xloridin çox təhlükəli xassələri aşkarlanıb. Qanda xloridin çox az konsentrasiyası hipertoniyası olan adamların ölümünə səbəb ola bilər.
35 il ərzində 13000 yüksək təzyiqli adamın analizləri göstərib ki, xlorid həm ölüm riskini, həm də ürək-damar xəstəliklərinin yaranmasını artırıb.
Bu nəticələr Hypertension jurnalında dərc edilib. Doktor Sandoş Padmanabxan yazıb: "Hələlik son sözü demək tezdir. Ona görə duzu rasiondan tamamilə çıxarmağı tövsiyyə etməzdim. Biz hələ xloridin risklərini tam öyrənməmişik".
Yeri gəlmişkən, bir qədər əvvəl alimlər müəyyən etmişdilər ki, duz immun T-hüceyrələrinə təsir edir. Bu hüceyrələr digərlərinə patogenlərlə mübarizə aparmağa kömək edir. Bu səbəbdən də çox duzlu təamlar dağınıq skleroz, alopesiya, astma, ekzema kimi autoimmun xəstəliklərinin artmasına səbəb olur. 

Mənbə: Milli.Az

 

16 sentyabr 2013
GO BACK