Yuxunun pozulması D vitaminin defisiti ilə əlaqəli ola bilər.
Milli.Az medicinform.net-ə istinadən bildirir ki, Şimali Kaliforniya Universitetindən olan mütəxəssislər bu qənaətdədirlər.
Tədqiqata 1,5 min yuxusuz adam cəlb edilib. Onları 2 il ərzində müşahidə ediblər. Yata bilməyənlərin D3 vitamininə olan tələbi ödənildikdən sonra əksəriyyətinin yuxusu düzəlib. Üstəlik, yuxu dağınıqlığının tipinin buna heç bir təsiri olmayıb. Həmçinin alimlər beyinin yuxu ilə əlaqəli bölgələrində D vitamini reseptorları aşkarlayıblar.
Ekspertlər bu fikirdədirlər ki, D vitamini günəş şüalarının təsiri ilə orqanizmdə yaranır. Müasirlərimiz isə əcdadlarımızdan fərqli olaraq günəşdə çox az olurlar. Buna görə də dövrümüzdə yuxusuzluq, yuxu pozulmaları daha aktual problemə çevrilib.
Mənbə: Milli.Az