Qadin.NET / Epilepsiyaya qarşı pulsuz dərman

Epilepsiyaya qarşı pulsuz dərman

 

 

Yeniyetmələrin idmanla məşğul olması çox faydalıdır. Milli.Az medinfo.ru-ya istinadən bildirir ki, isveç alimlərinin sözlərinə görə, fiziki təmrinlər epilepsiyanın inkişafının qarşısını alır. Belə nəticəyə onlar 1 milyondan artıq hərbçinin durumunu tədqiq edəndən sonra gəliblər.
Tədqiqat ortaya çıxarıb ki, azhərəkətli həyat tərzi keçirənlərlə nisbətdə yeniyetməlik dövründə fiziki aktiv olanlar və sağlam həyat tərzi keçirənlər epilepsiyaya tutulmaq riskindən 70% azaddırlar. 
Səbəb isə belədir: fiziki gərginlik beyinə stresslərə və epilepsiya ilə əlaqəli struktur dəyişikliklərinə qarşı mübarizə aparmağa imkan verir.

Mənbə: Milli.Az

 

16 sentyabr 2013
GO BACK