Qadin.NET / Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır

Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır

 

 

Mütəxəssislər bu gün Yaponiyada sonuncu nüvə reaktorunun dayandırılmasına başlayıblar. Anspress-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla da son 14 ay ərzində Yaponiyada bir dənə də olsun fəaliyyətdə olan nüvə reaktoru qalmayacaq. "Kansai Electric Power" şirkətinin operatorunun bildirdiyinə görə, mütəxəssizlər "Oi" AES-in fəaliyyətinin dayandırılması üçün saat 16.40-dan işə başlayıblar.
Şirkətin mütəxəssisləri hələlik dördüncü reaktorun gücünün aşağı salınmasına başlayıblar. Bundan sonra onun tam dayandırılması üzərində iş gedəcək. Reaktor yarım il sürəcək planlı profilaktika üçün dayandırılacaq. Bu stansiyada bundan əvvəl 3-cü nüvə reaktoru dayandırılmışdı. Qanuna əsasən, nüvə reaktorları hər 13 aydan bir profilaktikadan keçməlidir. 
Bununla da, birinci dəfədir son ildə və 2 ay ərzində Yaponiyada fəaliyyət göstərən 50 nüvə reaktorundan heç biri fəaliyyət göstərməyəcək. 
Hər birinin gücü 1,18 milyon kilovatt olan "Oi" AES-in 3-cü və 4-cü reaktorları 2011-ci ilin martında "Fukusima-1" AES-dəkı qəzadan sonra Yaponiyada işə salınmış yeganə reaktorlar idi. Onların işə salınması keçən ilin yayında baş tutmuşdu, lakin indi onların profilaktik baxış üçün dayandırılmasının vaxtı gəlib çatdı.
Onların fəaliyyəti Nüvə Enerjisi Üzərində Nəzarət Komitəsinin bu ilin iyun ayında qəbul etdikləri uyğun AES-in Təhlükəsizlik Standartlarına uyğun hesab edərsə, bərpa oluna bilər. 
Komitə hazırda 12 reaktorun işə başlanılması üçün təqdim edilmiş ərizələri gözdən keçirir. Lakin hələ onların işə başlama perspektivləri müəyyən edilməyib.

Mənbə: Milli.Az

16 sentyabr 2013
GO BACK