Qadin.NET / Xoruldamaq gözü kor edir?

Xoruldamaq gözü kor edir?

 

 

Milli.Az bildirir ki, bunu tayvanlı mütəxəssislər bildirirlər. 
Min nəfər yuxuda xoruldayan və 6 min nəfər yuxuda xoruldamayan adamı müşahidə edəndən sonra belə nəticəyə gəlinib ki, xoruldayanlar 1,67 dəfə çox qlaukomadan əziyyət çəkirlər. Səbəb isə göz təzyiqinin artmasıdır. 
Mütəxəssislərin fikrincə, xorultudan yaranan vibrasiya damarları zədələyir, onların iltihabına və qalınlaşmasına səbəb olur. Bu isə aterosklerozun ilkin mərhələsidir. Bundan başqa, xorultu arteriyanın bərkiməsinə və damarların divarlarında qalıqların yaranmasına səbəb olur. 
Həmçinin, xorultunun insult və ürək xəstəliklərinə səbəb olduğu da vurğulanır. Belə ki, o, yuxu arteriyalarının, beyni qanla təmin edən əsas damarların daralmasına səbəb olur. 

Mənbə: Milli.Az

16 sentyabr 2013
GO BACK