Qadin.NET / 289 şaxtaçının havası kəsildi

289 şaxtaçının havası kəsildi

 

 

Rusiyanın Kemerovo vilayətindəki Osinniki şəhərində "Osinnikovskaya" şaxtasında elektrik enerjisinin kəsilməsi səbəbindən əsas ventilyator dayanıb.
Milli.Az İnterfax-a istinadən bildirir ki, həmin an yerin altında 289 nəfər varmış.
 Hadisə barədə məlumat növbətçi hissəyə Moskva vaxtı ilə 05:43-də daxil olub. 06:31-də dağ-mədən işçilərinin təxliyyəsi başa çatıb.
"Şaxtadan 278 nəfər çıxarılıb. 11 nəfər isə şaxtanın fəaliyyətini dondurmaması üçün orada qaldı. Xəsarət alan yoxdur", - FHN-in yerli idarəsinin məlumatında deyilir.  
Hadisə yerində FHN-in operativ qrupları, tibbi briqada, həmçinin digər nazirlik və idarələrin nümayəndələri çalışırlar. 

Mənbə: Milli.Az

16 sentyabr 2013
GO BACK