Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaq.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 79-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 12-17°, gündüz 27-32° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 18-23° isti olacaq.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 13-18°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 18-21°, gündüz 25-30° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az