Sentyabrın 14-də yerli vaxtla saat 15:14-də Qubadan 10 km cənubda zəlzələ qeydə alınıb.
Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumatda deyilir ki, zəlzələ Qubada və zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.
İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
Mənbə: Trend.Az