2013-cü il avqust ayının yekununa görə, Tiobe indeksinin məlumatlarına əsasən, C proqramlaşdırma dili yenidən proqramçılar arasında populyar olub. Xatırladaq ki, Tiobe indeksi çərçivəsində əsasən proqramlaşdırma dillərinin populyarlığı yazılmış kodun ümumi həcminin təhlilinə əsaslanır. Bu və ya digər proqramlaşdırma dilində yazılmış kodun həcminə görə onun populyarlığı təyin edilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, son reytinq məlumatlarına əsasən, C proqramlaşdırma dili populyarlığına görə Javanı ötüb.
Sözügedən reytinqdə üçüncü yerdə S++ (8,66%) qərarlaşıb. Objective-C (8,56%) və PHP (6,43%) proqramlaşdırma dilləri müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürür.
Mənbə: Milli.Az